18-30 oktyabr tarixlərində Ermənistanda BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransı, COP17 keçiriləcək. Tədbir çərçivəsində təhlükəsizliyin bütün komponentlərinə əsas diqqət yetirilir. Təhlükəsizlik işçiləri və koordinatorlar artıq təyin edilib.
Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin direktor müavini Artur Vardanyan qeyd edib ki, “Tədbir Ermənistan Respublikası üçün öz rezonansı və miqyası baxımından misli görünməmişdir. Tədbirin nüvə təhlükəsizliyinin təmin edilməsi üzrə koordinatoru Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin direktorudur”.
Konfransda bir sıra dövlət başçıları, yüksək vəzifəli şəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək ki, bu da tədbirin düzgün planlaşdırılmasını və yüksək səviyyədə hazırlıq tələb edir.