Aİ-nin Genişlənmə və Şərq Qonşuluq Siyasəti Baş Direktorluğunun məlumatına görə, Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Koss bu gün, 19 martda Ermənistana gələcək.
Avropa Komissarı Ermənistanın Baş naziri Nikol Paşinyan, Baş nazirin müavini Mher Qriqoryan və Daxili İşlər naziri Arpine Sarkisyanla görüşəcək.
Müzakirələr qarşıdan gələn Ermənistan-Aİ sammitinə hazırlıq, eləcə də Aİ-nin nəqliyyat infrastrukturunun inkişaf proqramına uyğun olaraq nəqliyyat, rəqəmsal, enerji və ticarət əlaqələrinin gücləndirilməsinə yönələcək.
Regional vəziyyət, eləcə də Ermənistanın demokratik sabitliyi müzakirə olunacaq.
Marta Koss həmçinin Gümrüyə səfər edəcək.