Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar Hindistan vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Ermənistan hökumətinə minnətdarlığını bildirib.
“550-dən çox Hindistan vətəndaşının İrandan təhlükəsiz təxliyəsinə kömək etdiklərinə görə Ermənistan hökumətinə və xalqına təşəkkür edirik. Bu çətin günlərdə bu yardımı yüksək qiymətləndiririk”,- deyə xarici işlər naziri özünün X səhifəsində yazıb və paylaşımın sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanı qeyd edib.