İran silahlı qüvvələri ABŞ təyyarədaşıyan gəmisi olan "Abraham Lincoln"u sıradan çıxarıb. Bunu Xatəm əl-Ənbiya Komandanlığının sözçüsü İbrahim Zülfəqari bildirib.
"Abraham Lincoln" təyyarədaşıyan gəmisinə İİKK donanması hücum edib və sıradan çıxarılıb. O, bölgəni tərk edib və ABŞ-a qayıdır",- İRİB deyib.
Zülfəqari bunun nə vaxt baş verdiyini və ya gəmiyə yeni hücum olub-olmadığını açıqlamayıb, çünki İran ordusu dəfələrlə təyyarədaşıyan gəmiyə raket atdığını bildirib.