ABŞ Prezidenti Donald Tramp "Washington Examiner" qəzetinə verdiyi açıqlamada Nobel Sülh Mükafatı uğrunda mübarizəyə marağını itirdiyini bildirib.
O, mükafat haqqında danışarkən "Mən bununla maraqlanmıram" deyib.
Bu ilin yanvar ayında Venesuela müxalifətinin lideri Maria Corina Maçado Trampa Nobel Sülh Mükafatı medalını təqdim edib. Maçado mükafatı keçən il alıb. Öz növbəsində, Tramp ötən il mükafatı almaq istədiyini gizlətməyib. ABŞ prezidentinin sözlərinə görə, o, buna layiqdir, çünki "səkkiz müharibəni dayandırıb".