Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə görüşüb. Bu barədə Baş nazirin Facebook səhifəsində məlumat verilib.
Nikol Paşinyan görüşdən video yayımlayıb.
Rəsmi açıqlamada bildirildiyi kimi, görüş zamanı həmsöhbətlər dinc məqsədlər üçün nüvə enerjisinin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
Ermənistan və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq prosesinə toxunulub.
Tərəflər nüvə təhlükəsizliyinin, texniki əməkdaşlığın, eləcə də ekspert yardımı proqramlarının davamlı həyata keçirilməsinə əhəmiyyət veriblər.
Onlar həmçinin Ermənistanın enerji sektorunda davam edən layihələr, kiçik modul reaktor texnologiyaları və nüvə enerjisinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.