İranın Ekspertlər Məclisi ABŞ və İsrailin zərbələrində öldürülən Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin İran İslam Respublikasının yeni ali lideri seçildiyini təsdiqləyib.
Bu barədə İranın Tasnim xəbər agentliyinin verdiyi məlumata əsasən, şuranın bəyanatında bildirilib.
"Bugünkü iclasda Ekspertlər Məclisinin hörmətli nümayəndələrinin yekdil qərarı ilə Ayətullah Seyid Müctəba Xamenei İran İslam Respublikasının üçüncü ali lideri kimi təqdim olunacaq", - bəyanatda bildirilir.
Daha əvvəl Ekspertlər Məclisinin üzvü Ayətullah Hüseyni Eşqvari Reuters agentliyinə verdiyi müsahibədə bildirib ki, Xamenei soyadlı şəxs İranın yeni ali lideri olacaq.