CNN Türk-ün verdiyi məlumata görə, Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raketi zərərsizləşdirib.
Raketin bəzi hissələri Qaziantepin yaşayış olmayan ərazilərinə düşüb, ölən və ya yaralanan olmayıb.
Hadisədən sonra Türkiyə Müdafiə Nazirliyi bəyanat yayaraq xəbərdarlıq edib ki, Ankara mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət versə də, Türkiyə torpağına və ya hava məkanına qarşı hər hansı bir təhdid qətiyyətli və sürətli cavab alacaq.
"Xatırladırıq ki, bu məsələdə Türkiyənin xəbərdarlıqlarına əməl etmək bütün tərəflərin maraqlarına uyğundur" ,- deyə kanal hakimiyyət orqanlarının verdiyi məlumataını bildirib.