50 yük maşınının necə daşınacağı barədə deyil, Cənubi Qafqazı 500.000 yük maşını üçün ən cəlbedici, təhlükəsiz və sürətli dəhlizə necə çevirəcəyimiz barədə düşünməliyik ki, yüklər buradan keçsin və hamımıza on milyardlarla dollar gəlir gətirsin. Baş nazir Nikol Paşinyan bunu 5 martda hökumət brifinqi zamanı TRIPP layihəsinin regional ölkələr üçün faydalarından bəhs edərkən bildirib.
Baş nazirin sözlərinə görə, Ermənistan, Azərbaycan və Gürcüstanın infrastrukturu, hətta strateji investisiyalarla belə, proqnozlaşdırılan axınları təmin etmək üçün kifayət etməyə bilər.
“Unutmayaq ki, TRIPP sülhün kəsişmə nöqtələrinin bir hissəsidir.
Ümid edirəm ki, İran İslam Respublikası ətrafında sabitlik və sülh mümkün qədər tez bərpa olunacaq, lakin 8 avqust razılaşmaları nəticəsində həm Ermənistan, həm Gürcüstan, həm də Azərbaycanın bərabər iştirak etdiyi Fars körfəzi-Qara dəniz xətti işləməlidir. Birinin ərazisində bir az uzun, digərinin ərazisində bir az qısadır, yəni, cəlb olunma baxımından”, - deyə o bildirib.