2024-cü ilə qədər sərhəd məntəqələrinin əksəriyyəti Rusiyanın nəzarəti altında idi və ya məsələn, beynəlxalq hava limanımızda Rusiya sərhədçilərinin iştirakı var idi, lakin hazırda Ermənistan Respublikasının bütün sərhəd məntəqələri Ermənistan sərhədçiləri tərəfindən idarə olunur.
Bu barədə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Polşadakı xarici səfirlər, diplomatlar və analitik mərkəzlərin nümayəndələri ilə görüşdə Ermənistandakı Rusiya hərbi mövcudluğu ilə bağlı sualı cavablandırarkən bildirib.
“Təbii ki, Rusiyaya oradakı mövcudluğuna görə minnətdarıq, 90-cı illərin əvvəllərində yeni müstəqil dövlət olaraq bu tip xidmət göstərmək imkanına malik deyildik, amma indi imkanlarımızı inkişaf etdirə bilirik və inkişaf etdiririk.
Rusiya hərbi bazasına gəldikdə isə, heç bir planımız və ya proqramımız yoxdur və Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı heç bir narahatlığımız yoxdur”, - deyə Baş nazir bildirib və qeyd edib ki, Ermənistan Rusiya ilə yaxın tərəfdaşdır.