Fevralın 25-də ER müdafiə naziri Suren Papikyan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşdü.
“Görüş zamanı regional təhlükəsizlik və sabitlik, eləcə də Ermənistan-İran ikitərəfli əməkdaşlığının prosesi və inkişaf perspektivləri ilə bağlı məsələləri müzakirə etdik.
"Mən İran ətrafındakı vəziyyətin diplomatik yollarla həll edilməsinin vacibliyini vurğuladım.
Biz həmçinin Ermənistan və İran ətrafındakı təhlükəsizlik mühitinə də toxunduq", - o yazıb.