APA-ya verdiyi müsahibədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib ki, Ermənistan-AB Strateji Tərəfdaşlıq Gündəliyinin qəbul edilməsi Ermənistanın Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək ambisiyalarına cavab idi və ikitərəfli münasibətlərin artan dinamikasını əks etdirir.
“Strateji gündəm demokratiya və qanunun aliliyi, məhkəmə islahatları, insan hüquqları, sosial-iqtisadi inkişaf, bağlantı, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, ticarətin şaxələndirilməsi, eləcə də təhlükəsizlik və müdafiə sektorlarında yeni əməkdaşlıq daxil olmaqla geniş sahələri əhatə edir”,- o deyib.
Onun sözlərinə görə, sənəddə Aİ-nin Qlobal Qapı proqramı çərçivəsində strateji investisiyalar, eləcə də Ermənistan hökumətinin "Sülh kəsişməsi" layihəsi kimi təşəbbüslərə dəstək vurğulanır.
Ermənistandakı Aİ Mülki Monitorinq Missiyasına toxunan Qrono qeyd edib ki, sülh prosesindəki inkişaflar nəzərə alınmaqla, missiyanın mandatı və fəaliyyətinin gələcəyi ilə bağlı müzakirələr Yerevan və Brüssel arasında vaxtında aparılacaq.
Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı Aİ nümayəndəsi qeyd edib ki, 8 avqust 2025-ci ildə sülh müqaviləsinin paraflanmasından bəri bir sıra müsbət addımlar qeydə alınıb və bu, Avropa İttifaqının da alqışladığını bildirib.