24 fevralda Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Ermənistan Respublikası xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat verib.
Görüş yüksək siyasi səviyyədə keçirilən təmasların davamı olaraq keçirilib.
Həmsöhbətlər çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimadın artırılması tədbirlərini müzakirə ediblər.