Ermənistan Respublikası Baş nazirinin aparat rəhbəri Arayik Harutyunyan və Baş nazirinn baş müşaviri, ABŞ-dakı keçmiş səfir Lilit Makunts Los-Ancelesdəki erməni icmasının nümayəndələri görüşüblər. Harutyunyan bu barədə sosial media səhifəsində məlumat verib.
Görüş zamanı Ermənistandakı son daxili siyasi hadisələr, xarici siyasət nailiyyətləri, xüsusən də Ermənistan-ABŞ qarşılıqlı səfərləri və əldə edilən razılaşmalar, sülh prosesi və Ermənistana qarşı dezinformasiya kampaniyaları müzakirə olunub.