Ermənistanın Fransadakı Fəxri Konsulu Denis Corkaef Fransa Prezidenti Emmanuel Makronun bu ilin may ayında Yerevana səfərini elan edib.
O, Linkedin səhifəsində yazıb: “Prezident Emmanuel Makron 4 mayda Ermənistana iki günlük səfər edəcək. O, Nikol Paşinyanla görüşəcək və Yerevanda keçiriləcək Avropa Siyasi Birliyi Sammitində iştirak edəcək.”
Avropa Siyasi Birliyinin 8-ci Sammiti 4 mayda Yerevanda keçiriləcək.