Baş nazirin müavini Mher Qriqoryan İran İslam Respublikasının yeni təyin olunmuş səfiri Xəlil Şirğolamini qəbul edib, onu təyinatı münasibətilə təbrik edib və Ermənistanla dost İran arasında münasibətlərin inkişafının və hökumətlərarası komissiyanın səmərəli işinin vacibliyini vurğulayıb.
"Görüşün əvvəlində Baş nazirin müavini səfiri təyinatı münasibətilə təbrik edib və ona vacib missiyasını yerinə yetirməkdə uğurlar arzulayıb. Mher Qriqoryan dost İranla münasibətlərin inkişafının Ermənistan üçün vacibliyini vurğulayıb.
Hər iki tərəf iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın işini vurğulayıb. Regional inkişaflara da toxunulub", - deyə bəyanatda bildirilir.