Rusiya Federasiyasında rəsmi səfərdə olan Ermənistan Respublikası Parlamentinin sədri Alen Simonyan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Parlamentin mətbuat xidməti bildirir ki, tərəflər müzakirələri ikitərəfli maraqlarla bağlı geniş məsələlərə yönəlib.
Tərəflər Aİİ, MDB və digər beynəlxalq platformalarda əməkdaşlıq mövzularında fikir mübadiləsi aparıblar.
Digər məsələlərlə yanaşı, Rusiya qanunvericiliyində xarici vətəndaşlarla bağlı miqrasiya qaydalarında edilən dəyişikliklərə, xüsusən də Rusiyaya mal daşıyan erməni sürücülər üçün yaranan problemlərə və onların tənzimlənməsi üçün atılan addımlara xüsusi diqqət yetirilib.
Regional inkişafla bağlı digər məsələlər də müzakirə olunub.