Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında Əbu-Dabidə görüş keçirilib.
Təkbətək görüşdən əvvəl Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib. Ermənistan tərəfindən Baş nazir Nikol Paşinyanın nümayəndə heyətinə baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Xİ naziri Ararat Mirzoyan və Parlamentin sədrinin müavini, Ermənistan-Türkiyə dialoq prosesində Ermənistanın xüsusi elçisi Ruben Rubinyan daxil olub.
Azərbaycan tərəfindən prezident İlham Əliyevin nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Xİ naziri Ceyhun Bayramov və Azərbaycan prezidentinin köməkçiləri Hikmət Hacıyev və Elçin Əmirbəyov daxil olublar.