Reuters agentliyinin verdiyi məlumata görə, Ağ Ev rəhbəri Vaşinqtonda "Melaniya" sənədli filminin nümayişində bildirib ki, ABŞ son günlərdə İran hakimiyyəti ilə danışıqlar aparır və onları davam etdirməyi planlaşdırır.
O əlavə edib ki, hazırda ABŞ-ın "İrana doğru gedən çox böyük, güclü gəmiləri" var. Prezident vurğulayıb: "Onlardan istifadə etmək məcburiyyətində qalmasaydıq, əla olardı".
Tramp İran tərəfinə iki şərt çatdırıb: nüvə silahının olmaması və etirazçıların öldürülməməsi.
ABŞ prezidenti İrana qarşı tədbirlər variantlarını, o cümlədən onun rəhbərliyinə və təhlükəsizlik qüvvələrinə qarşı hədəfli zərbələrin endirilməsini nəzərdən keçirir.
Daha əvvəl Tramp “USS Abraham Lincoln”un rəhbərlik etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin Tehran nüvə sazişini imzalamaqdan imtina edəcəyi təqdirdə ölkədəki hədəflərə zərbə endirməyə hazır olduğunu açıqlayıb.