Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Davosda Sülh Şurasının iclasında və Nizamnamənin imzalanması mərasimində iştirak edir. Bu barədə Ermənistan Respublikası Baş nazirinin sözçüsü Nazeli Baqdasaryan Facebook səhifəsində yazıb.
Daha əvvəl xəbər vermişdik ki, Baş nazir 22 yanvarda Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə təsisçi üzv kimi Davosda “Sülh Şurası”nın Nizamnaməsinin imzalanması mərasimində iştirak edəcək.