56-cı Dünya İqtisadi Forumu (WEF) 19 yanvarda İsveçrənin Davos dağ-xizək kurortunda "Dialoqun Ruhu" mövzusu altında işə başlayıb. Forum 23 yanvara qədər davam edəcək.
Bu il tədbirdə 130 ölkədən 3000 nəfər, o cümlədən təxminən 400 yüksək vəzifəli məmur və siyasi lider, 65 dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə naziri, 33 xarici işlər naziri, 34 ticarət və sənaye naziri, 11 mərkəzi bank rəhbəri, eləcə də biznes, QHT nümayəndələri və akademiklər iştirak edəcək.
Müzakirələrin əsas mövzuları geosiyasi gərginlik, Ukraynadakı müharibə, transatlantik münasibətlər, qlobal iqtisadi təhlükəsizlik, texnoloji transformasiya, süni intellekt və davamlı inkişafdır.
Forumun iştirakçıları arasında ABŞ Prezidenti Donald Tramp, Çin Baş nazirinin müavini He Lifen, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Fələstin Baş naziri Məhəmməd Mustafa, Suriya Prezidenti Əhməd əl-Şaraa, İspaniya Baş naziri Pedro Sançez və Argentina Prezidenti Xavyer Milli iştirak edəcək.