Qəzza zolağındakı münaqişəyə son qoymaq üçün 20 bəndlik Amerika planının ikinci mərhələsi başlayıb. Bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkof bildirib.
"Biz atəşkəsdən demilitarizasiyaya, texnokratik idarəetməyə və yenidənqurmaya keçirik", - deyəqeyd edib. Vitkofun sözlərinə görə, bu baş verməsə, ciddi nəticələr olacaq.
Eyni zamanda, Misir, Qətər və Türkiyə Qəzzanı idarə etmək üçün Fələstin texnokratik komitəsinin yaradılması prosesinin başa çatdığını elan ediblər. Üç vasitəçi bunu anklavda sabitlik və humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində "mühüm inkişaf" adlandırıblar. Daha əvvəl Fələstin qrupları və siyasi qüvvələr Qahirədə görüş keçiriblər.