Razılaşdırılanlar kağız üzərində qoyulub gecə dərc olunub, başqa heç nə razılaşdırılmayıb.
Xİ naziri Ararat Mirzoyan bunu Vaşinqtonda TRIPP çərçivə sənədi ilə bağlı mətbuat konfransında artıq dərc olunmuş bəyanata istinad edərək açıqlayıb.
“Qaldırılmış, razılaşdırılmış, amma dərc olunmamış heç bir şərt yoxdur. Dərhal deyirəm ki, belə bir müddəa yoxdur. Sənəddə nə varsa və dərc olunubsa, odur”, - Mirzoyan qeyd edib.