ER XİN rəhbəri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində Ermənistan-Azərbaycan danışıqlar prosesinin hazırkı mərhələsinə toxunaraq, sülh müqaviləsinin niyə hələ də imzalanmamasına aydınlıq gətirib.
Nazir bəyan edib ki, müqavilənin mahiyyəti üzrə işlər başa çatıb və mətn hələ avqustda paraflanıb.
"Hazırda prosesin irəli getməsinin mənası yoxdur. Ya nə vaxt və harada imza atacağımızı razılaşdırırıq, ya da razılaşmırıq, hələ razılaşmamışıq. Yadınızdadırsa, mətn martda razılaşdırılıb, avqustda paraflanıb, bununla bağlı daha görüləsi iş yoxdur."
Ararat Mirzoyanın sözlərinə görə, əsas fikir ayrılığı Azərbaycanın Ermənistan tərəfi üçün qəbuledilməz olan ER Konstitusiyasına düzəlişlər edilməsi tələbi ilə bağlıdır.
"Təbii ki, bu [proses] imzalamaqla, sonra ratifikasiya ilə yekunlaşmalıdır. Onların öz ideyası var, biz o fikri bölüşmürük... Mən onların qaldırdıqları Konstitusiya məsələsini nəzərdə tuturam, onların öz ideyası var və burada hələ də razılaşmamız yoxdur".