ER Müdafiə Nazirliyinin inzibati kompleksində Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəis müavini Gürcüstan Müdafiə Nazirliyinin Müdafiə İnstitutlarının İnkişafı Məktəbinin rəhbərliyinin nümayəndələrini və həmin təhsil ocağının “Müdafiə və təhlükəsizlik üzrə strateji idarələrarası yüksək kurs”un iştirakçılarını qəbul edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqlara Ermənistanın təhlükəsizlik mühiti və ordunun transformasiyasının əsas istiqamətləri təqdim olunub, daha sonra müzakirələr sual-cavab formatında davam edib.
Səfər çərçivəsində iki qurum arasında əməkdaşlıq proqramları və perspektivlərini müzakirə etmək üçün Gürcüstan Müdafiə Nazirliyinin Müdafiə İnstitutlarının İnkişafı Məktəbinin iştirakçıları ER Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universitetində də qəbul olunub.