Kreml Rusiya prezidentinin nümayəndəsi Kirill Dmitriyevin bazar ertəsi Moskvaya qayıtmasını və Vladimir Putinə ABŞ, Avropa ölkələri və Ukrayna nümayəndələri arasında aparılan danışıqların nəticələri barədə məlumat verməsini gözləyir, eyni zamanda bu təkliflərin konstruktiv olmayacağını güman edir, media yazır.
“Düşünürəm ki, təkliflərin əksəriyyəti bizim üçün qəti şəkildə qəbuledilməz olacaq, çünki biz Ankoricdə və Amerika nümayəndələri ilə digər görüşlərdə əldə olunmuş razılaşmalara əməl edəcəyik”, - Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O qeyd edib ki, avropalılar və ukraynalıların Amerikanın nizamlanma planına təqdim etdiyi təkliflər “kifayət qədər dağıdıcıdır”.
ABŞ prezidentinin xüsusi elçisi Steve Vitkoff Rusiya nümayəndə heyəti ilə Mayamidə Ukrayna nizamlanmasına dair danışıqları məhsuldar və konstruktiv adlandırıb.