Dekabrın 17-də Ermənistanın Qırğızıstandakı səfiri Armen Qevondyan (iqamətgahı Astana) Bişkekdə Qırğızıstan Respublikasının müdafiə nazirinin birinci müavini polkovnik Talaybek Şarşeyev ilə görüşüb və bu görüş zamanı Ermənistanın Qırğızıstandakı səfirliyinin hərbi attaşesi polkovnik Arayik Noroyan təqdim olunub. Bu barədə Ermənistanın Qazaxıstandakı səfirliyi məlumat yayıb.
Görüşdə Ermənistan və Qırğızıstanın müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və onun gələcək inkişaf perspektivləri, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb.