Ermənistanla nizamlanma prosesini davam etdiririk. Biz gələn ilin əvvəlindən bir sıra simvolik addımlar atacağıq.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan sülh sazişi imzalamağa həmişəkindən daha yaxındırlar.
Ərdoğan Qəzza və Suriyadakı vəziyyətə, Rusiya ilə Ukrayna arasındakı münaqişəyə də toxunub. Onun sözlərinə görə, İsrail tərəfindən atəşkəs rejiminin pozulması hallarının artmasına baxmayaraq, bu, ümumiyyətlə, HƏMAS-ın sakit və balanslı mövqeyi sayəsində qorunur.
Ərdoğan Türkiyədən Suriyaya qayıdan qaçqınların sayının 580 minə çatdığını bildirib. ️Prezident Suriya hökumətinə dəstəyini ifadə edib.
Ərdoğanın sözlərinə görə, Rusiya və Ukraynanın son qarşılıqlı hücumları Qara dənizdə gəmiçilik təhlükəsizliyinə ciddi təhlükə yaradır. Türkiyə bu məsələ ilə bağlı tərəflərə xəbərdarlıqlarını çatdırıb.