Dekabrın 8-də Tbilisidə Sargis Xandanyan və Nikoloz Samxaradzenin həmsədrliyi ilə Ermənistan Respublikası Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin və Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin üçüncü birgə iclası keçirilib. İclasda Ermənistan Respublikası Parlamentinin xarici əlaqələr daimi komitəsinin üzvləri Mariya Karapetyan, Lena Nazaryan iştirak ediblər.
Hər iki tərəf 2022-ci ilin noyabrında birgə imzalanmış Əməkdaşlıq Memorandumuna uyğun olaraq Ermənistan və Gürcüstan parlamentlərinin arici əlaqələr komitələri arasında iclasların keçirilməsinin və iki ölkə arasında parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Ermənistan və Gürcüstan arasında strateji münasibətlərdən irəli gələn cari proseslər, eləcə də ikitərəfli siyasi, iqtisadi və mədəni tərəfdaşlığın təfərrüatları müzakirə edilib.
Hər iki parlamentin xarici əlaqələr komitələrinin üzvləri regional, təhlükəsizlik və iqtisadi məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Ermənistan Respublikası Parlamentinin deputatları həmkarlarına Ermənistan və Azərbaycan arasında sülh prosesinin hazırkı vəziyyətini, həmçinin “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) kommunikasiya layihəsinin həyata keçirilməsinə yönəlmiş işləri təqdim ediblər.