Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana məktub göndərib.
“Hörmətli cənab Baş nazir,
Məni Nobel Sülh Mükafatına namizəd göstərdiyiniz üçün sizin və prezident İlham Əliyevin birgə məktubuna görə sizə təşəkkür edirəm. Bunu dərindən qiymətləndirirəm və bu, bizi vacib missiyamızı davam etdirməyə ruhlandırır.
Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa və bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Davamlı tərəfdaşlığınızla qeyri-mümkün olana nail olacağıq.
Davamlı dəstəyiniz üçün bir daha təşəkkür edirəm”, - deyə məktubda bildirilir.