Dekabrın 5-də ER müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyinin inzibati kompleksində Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Rodni Kokeri və Böyük Britaniyanın Ermənistandakı ilk rezident müdafiə attaşesi mayor Tomas Şorland Boli qəbul edib. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Ermənistanın Böyük Britaniyadakı səfiri Varuzhan Nersesyan və Böyük Britaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandra Koul da iştirak ediblər.
Görüş zamanı Ermənistan-Böyük Britaniya müdafiə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər əməkdaşlığın hazırkı səviyyəsini müsbət qiymətləndirib və onu inkişaf etdirməyə hazır olduqlarını bildiriblər. Hər iki tərəf Ermənistan və Böyük Britaniyada rezident attaşelərin təyin edilməsinin vacibliyini vurğulayaraq, bu addımın iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini qeyd ediblər.
Beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər də müzakirə olunub.