Dekabrın 4-də Parisdə, UNESCO-nun qərargahında Silahlı Münaqişə Zamanı Mədəni Sərvətlərin Qorunması Komitəsinin 20-ci sessiyası keçirildi. Bu barədə Ermənistan Respublikasının UNESCO-dakı Daimi Nümayəndəliyi məlumat verib.
“Komitənin üzvü olan Ermənistan 20-ci sessiyanın sədr müavini seçildi.
Komitə Ermənistana göstərilən beynəlxalq yardım çərçivəsində həyata keçirilən proqramın ümumiləşdirilməsi və “Tatev və Tatev Böyük Səhra Monastır Kompleksləri və Vorotan çayı dərəsi” abidə qrupuna gücləndirilmiş mühafizə statusu verilməsi üçün ərizənin hazırlanması barədə qərar qəbul etdi.
Ermənistanın UNESCO-dakı daimi nümayəndəsi Aram Hakobyan çıxışında Komitəyə göstərilən beynəlxalq yardım proqramına görə təşəkkür etdi və Katibliyə sıx və effektiv əməkdaşlığa görə minnətdarlığını bildirdi.
Ermənistan səfiri proqram çərçivəsində görülən işlərə toxundu və Ermənistanın Tatev və Tatev Böyük Səhra Monastır komplekslərini UNESCO-nun Gücləndirilmiş Mühafizə Siyahısına daxil etmək üçün Katibliyə ərizə təqdim etdiyini vurğuladı.
Sessiya zamanı Komitə həmçinin 1954-cü il Haaqa Konvensiyasına 1999-cu il İkinci Protokolu Katibliyinin hesabatına, beynəlxalq yardım mexanizmi çərçivəsində həyata keçirilən proqramların gedişatına və bu baxımdan daxil olan yeni ərizələrə baxdı. Üzv dövlətlərin müraciətlərinə əsasən Komitə bir sıra mədəni yerlər”, - deyə bəyanatda bildirilir.