ABŞ Dövlət Departamenti bildirib ki, ABŞ və Mərkəzi Asiya ölkələri TRIPP təşəbbüsünün yaratdığı davamlı sülh və imkanlarda maraqlıdır.
Azərbaycanın Mərkəzi Asiya 5+1 formatına qoşulması imkanlarına toxunaraq Dövlət Departamentindən qeyd edilib ki, regional platforma 10 ildir fəaliyyət göstərir. Departament əlavə edib ki, Vaşinqtonda keçirilən görüşlərdə Ermənistan və Azərbaycanın regional əməkdaşlığı genişləndirmək səyləri müzakirə olunub və ABŞ bu potensialın aşkar edilməsində maraqlıdır.