Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya-ABŞ təmasları dekabrın 2-də Moskvada keçiriləcək.
Peskov vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı danışıqların uğurla keçirilməsində maraqlıdır.
Daha əvvəl Amerika mediası ABŞ prezidentinin danışıqlarda iştirak edən xüsusi nümayəndələri Stiv Vitkov və Cared Kuşnerin bazar ertəsi günü Moskvaya gedəcəyini və çərşənbə axşamı prezident Vladimir Putinlə görüşəcəyini bildirib.