KTMT Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tez bir zamanda imzalanmasının tərəfdarıdır.
Bu barədə Kollektiv Təhlükəsizlik Şurasının Bişkekdə keçirilən sessiyasının sonunda qəbul edilmiş bəyanatında bildirilir.
“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnuniyyətlə qeyd edirik. Biz hərtərəfli həllin və tərəflər arasında qeyd-şərtsiz sülh müqaviləsinin tez bir zamanda bağlanmasının tərəfdarıyıq”.