Ermənistanın Kanadadakı səfiri Anahit Harutyunyan Kanada parlamentinin Nümayəndələr Palatasının yeni seçilmiş sədri Frensis Skarpaleja ilə görüşüb.
Görüş zamanı tərəflər ikitərəfli siyasi gündəm, parlament diplomatiyası, eləcə də regional təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə ediblər. Həmsöhbətlər parlamentlərarası əlaqələrin davamlı olaraq gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Ermənistan səfiri Kanadanın Ermənistanda həyata keçirilən demokratik islahatların gündəliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.