NATO-nun baş katibi Mark Rutte qeyd edib ki, NATO Gürcüstandakı hadisələrdən narahatdır və bu barədə Gürcüstan tərəfini məlumatlandırdırlar.
O qeyd etdi ki, Avro-Atlantik məkanında NATO-ya üzv olmaq istəyən istənilən ölkə öz istəyini bildirə və sonra müəyyən edilmiş prosesdən keçə bilər. Rutte eyni zamanda Gürcüstanla bağlı heç bir illüziyasının olmadığını söylədi.
Baş katib onu da qeyd etdi ki, Gürcüstana bütün Cənubi Qafqaz regionu kontekstində baxılmalıdır.
"Gəlin hər şeyə bütövlükdə baxaq. Gürcüstanla paralel olaraq, Ermənistan və Azərbaycan arasında nələrin baş verdiyini görürük. Burada vəziyyət, o cümlədən Prezident Trampın sayəsində daha yaxşıdır", - deyə Rutte bildirib.