ABŞ administrasiyası Moskva və Kiyevin mövqelərini nəzərə alaraq Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə təkliflər hazırlayır, dövlət katibi Marko Rubio bildirib. O, ölümcül müharibəyə son qoymaq üçün ciddi və real fikir mübadiləsinə ehtiyac olduğunu vurğulayıb.
Davamlı sülhə nail olmaq üçün hər iki tərəf çətin, lakin zəruri güzəştlərə razı olmalıdır”, - Rubio əlavə edib.
Bir sıra Qərb KİV-ləri mənbələrə istinadən yazır ki, ABŞ münaqişənin həlli üçün yeni plan hazırlayır və bununla bağlı Rusiya ilə məsləhətləşir. Axiosun fikrincə, ABŞ prezidentinin planına əsasən, Ukrayna Rusiyanın Ukrayna və Avropada növbəti təcavüzünə qarşı Vaşinqtonun təhlükəsizlik zəmanəti alması müqabilində Ukrayna özünün şərq rayonlarından imtina etməlidir.
“Financial Times” yazır ki, Vaşinqtonun planına digər məsələlərlə yanaşı, Ukraynada rus dilinə rəsmi statusun verilməsi və xarici qoşunların yerləşdirilməsinə qadağa da daxildir.
The Wall Street Journal qeyd edir ki, Vaşinqton digər güzəştlərlə yanaşı, Kiyevə ən azı bir neçə il NATO-ya üzv olmaq ideyasından imtina etməyi təklif edir. Reuters mənbələri həmçinin bildiriblər ki, Amerika planına görə, Kiyev ərazilərdən və bəzi silahlardan imtina etməlidir. NBC News mənbələrinin məlumatına görə, prezident Donald Tramp bu həftənin əvvəlində 28 bəndlik planı təsdiqləyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib ki, Rusiya rəsmi kanallar vasitəsilə ABŞ-dan Ukrayna ilə bağlı hər hansı razılaşma barədə məlumat almayıb. Kremlin sözçüsü Dmitri Peskov da qeyd edib ki, Alyaskadakı müzakirələrdən başqa heç bir yeni inkişaf yoxdur.