ABŞ Dövlət Katibinin Siyasi məsələlər üzrə müavini Alison Huker Erməni Soyqırımı Abidəsini ziyarət etdi. Bu barədə Erməni Soyqırımı Muzey-İnstitutu məlumat verib.
Ali qonaq və onu müşayiət edən qrupun üzvləri əbədi məşəlin önünə gül dəstələri qoydular, sonra xatirə kompleksini gəzdilər.
Xatirə Divarında onlar Erməni Soyqırımı zamanı ABŞ-ın Konstantinopoldakı səfiri Henri Morqenthaunun və ermənilərə göstərilən yardım proqramlarında mühüm rol oynamış Amerika Qırmızı Xaç Cəmiyyətinin qurucusu Klara Bartonun xatirə daşlarının yanında dayandılar.