Ermənistanın Almaniya Federativ Respublikasındakı səfiri Viktor Yengibaryanın Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Mirze Edis (Die Linke) ilə görüşü baş tutdu.
Ermənistan səfiri Edisi qrupun rəhbəri seçilməsi münasibətilə təbrik etdi və ona uğurlar arzuladı. Bu barədə Ermənistanın Almaniyadakı səfirliyindən məlumat verilib.
Viktor Yengibaryan və Mirze Edis Ermənistan-Almaniya tərəfdaşlığı kontekstində parlament diplomatiyasının rolunu vurğuladılar və ikitərəfli gündəm, Ermənistan-AB inteqrasiya prosesi, eləcə də Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması barədə fikir mübadiləsi apardılar.
Ermənistan səfiri regionda sülhün bərqərar olmasından sonra iqtisadi imkanları və Ermənistan hökumətinin Sülh Yolları kəsişməsi lahiyəsini təqdim etdi. Nəhayət, Ermənistan səfiri qrupun yeni seçilmiş rəhbərini Ermənistana səfərə dəvət etdi.