Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Xarici Kəşfiyyat Xidmətinin Ermənistanın guya Aİ vəsaitləri hesabına Rusiya taxılından imtina edərək Ukrayna taxılına keçməyə hazırlaşdığı barədə bəyanatına cavab verib.
“Bu, baş verə bilməz. Bu, tamamilə cəfəngiyatdır”, – deyə Paşinyan məlumatı təkzib edib.
Daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti iddia edib ki, Ermənistan siyasi səbəblərdən Ukrayna taxılını daha yüksək qiymətlərlə almaqla Moskvadan “qopmaq” və Kiyevə “yardım göstərmək” istəyir.
Eyni mənbəyə görə, Yerevan guya artıq ödənişdəki fərqi Avropa Birliyi vəsaitləri ilə kompensasiya etmək niyyətindədir.