ABŞ prezidenti Donald Tramp bildirib ki, əslində Ukraynaya uzun mənzilli Tomahawk raketlərinin tədarükü məsələsini müzakirə etmir.
Bundan əvvəl CNN ABŞ və Avropa ölkələrindəki mənbələrə istinadən Pentaqonun Ukraynaya Tomahawk raketlərinin tədarükü ilə bağlı razılığa gəldiyini, lakin bu məsələ ilə bağlı son siyasi qərarın ABŞ prezidenti Donald Tramp tərəfindən verilməli olduğunu bildirmişdi.
Başqa bir məlumata görə, Almaniya tərəflərin əvvəllər razılaşdığı Patriot hava hücumundan müdafiə sistemlərini Ukraynaya tədarük edib. Bu barədə Ukrayna prezidenti Volodymyr Zelenski məlumat verib.