Bu gündən etibarən Ermənistan yük maşınlarının Türkiyədən Azərbaycana və əksinə Marqara-Yeğeqnadzor-Sisian-Goris marşrutu ilə tranzitini təmin etməyə hazırdır.
Bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
“Əgər Türkiyədən gələn bir yük maşınının Azərbaycana getmək üçün Marqara sərhəd-keçid məntəqəsinə yaxınlaşdığını fərz etsək, bu hüququ bu gün təmin edə bilərik.
Qoris və Kornidzora gedən yollarımız yaxşı vəziyyətdədir. Bilirsiniz ki, Kornidzorda müəyyən bir infrastrukturumuz var və əks istiqamətdə də daxil olmaqla, ona xidmət göstərə bilərik. Başqa sözlə, əgər bir Azərbaycan yük maşını Kornidzordan Türkiyəyə tranzit olaraq yaxınlaşırsa, biz bunu bu gün edə bilərik”, - deyə Baş nazir bildirib.
Nikol Paşinyan qeyd edib ki, bu, Azərbaycana qarşı cavab addımıdır.
O qeyd edib ki, Ermənistan da tranzit məhdudiyyətlərini qaldırır.
Baş nazir Nikol Paşinyan 8 avqustda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasından sonra iki ölkə arasında sülhün mövcud olduğunu bir daha təsdiqləyib.