Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bəyan edib ki, Estoniya Azərbaycanın Ermənistanla sülh prosesini inkişaf etdirmək səylərini dəstəkləyir. Onun sözlərinə görə, Tallin Cənubi Qafqazda sülhün və sabit əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri qətiyyətlə dəstəkləyir.
O, cari ilin avqustunda Vaşinqtonda imzalanan birgə bəyannaməni müsbət siqnal kimi qiymətləndirib.
Nazirin sözlərinə görə, Estoniya Aİ çərçivəsində infrastrukturun inkişafına və regionda etimadın gücləndirilməsinə yönəlmiş layihələri, o cümlədən TRIPP layihəsini dəstəkləməyə davam edəcək.