Azərbaycan-Ermənistan sülh prosesində atılan son müsbət addımlar, o cümlədən Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayır.
Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono X səhifəsində bildirib.
Qrono bildirib ki, Avropa İttifaqı bu praktiki inkişafları səmimiyyətlə alqışlayır və bütün bu cür təşəbbüsləri və əlavə etimad quruculuğu tədbirlərini dəstəkləməyə hazırdır:
“Cenevrədə Azərbaycan və Ermənistan spikerlər arasında dünənki görüş və Yerevanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti ekspertlərinin planlaşdırılan dəyirmi masa müzakirələri ruhlandırdı”.
“Gümrü-Qars dəmir yolunun bərpası və işə salınması ilə bağlı növbəti Ermənistan- Türkiyə görüşünə elan edilmiş hazırlığı eyni dərəcədə alqışlayırıq”, - Aİ rəsmisi qeyd edib.