İsrail Müdafiə Qüvvələri bazar ertəsi Qəzza zolağında atəşkəs rejiminə qayıtdığını elan edib, Jerusalem Post yazır.
Bazar günü İsrail ordusu Qəzza zolağına bir sıra kütləvi zərbələr endirib, nəticədə Fələstinin məlumatına görə, onlarla insan həlak olub. Ölənlər arasında HƏMAS hərbi qanadının bir neçə komandiri də var.
“The Times of Israel” yazır ki, zərbələr HƏMAS-ın İsrail hərbi mövqelərinə hücumlarına cavab olub, nəticədə iki hərbçi ölüb, üç hərbçi yaralanıb.
İsrail mediası ölkə hökumətinin HƏMAS-ın hərəkətlərinə sərt reaksiyanın tərəfdarı olduğunu, eyni zamanda atəşkəs rejiminə qayıtmağa hazır olduğunu bildirib.