Oktyabrın 16-da Yaxın Şərq Sülh Sammiti, eləcə də oktyabrın 7-nin ikinci ildönümünə həsr olunmuş tədbir çərçivəsində Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff ilə Holokost Muzeyində görüşüb. Bu barədə səfirlik məlumat yayıb.
Həmsöhbətlər avqustun 8-də əldə olunan razılaşmaların gedişatını və regional prosesləri müzakirə ediblər.
Stiv Vitkoff ABŞ-ın sülh gündəliyinə ardıcıl dəstəyini təsdiqləyib.
Səfir Mkrtçyan regionda sülh və sabitliyin bərqərar olmasında göstərdiyi səylərə görə Stiv Vitkoffa minnətdarlığını bildirib.