Oktyabrın 17-də türk lirəsi 0,2% ucuzlaşaraq 1 dollar üçün 41,95 olub. İlin əvvəlindən bu yana azalma 16% olub və məzənnə 15 həftə ardıcıl olaraq enməkdə davam edir.
Türkiyə hökuməti lirənin itkilərini istehlakçı inflyasiya səviyyəsindən aşağı tutmağa çalışır. Sentyabrda inflyasiyanın gözləniləndən yüksək olmasına baxmayaraq, valyuta yavaş-yavaş enişini davam etdirir.
Ölkənin mərkəzi bankı real faiz dərəcələrini artırmadan inflyasiya ilə mübarizə aparmaq üçün lirənin dəyər itirmə sürətini “azalda” bilər. Bunu Morgan Stanley-in (investisiya bankçılığı, aktivlərin idarə edilməsi və qiymətli kağızlar sahələrində xidmətlər göstərən Amerika beynəlxalq maliyyə şirkəti) iqtisadçıları bildirib.