Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Amerika ofisinin nümayəndələri ilə görüşüb. Bu barədə səfirlik məlumat yayıb.
Görüşdə direktor Tomas Bekket, Transatlantik əlaqələr üzrə baş elmi işçi, səfir Maykl Karpenter və institutun digər nümayəndələri iştirak ediblər.
Cənubi Qafqazda yeni təhlükəsizlik mühitinin formalaşması və kommunikasiya kanallarının fəaliyyəti müzakirə edilib. Birgə araşdırmaların və konfransların keçirilməsinin mümkünlüyü, xüsusilə 8 avqust sazişləri və TRIPP layihəsinin Cənubi Qafqazın geosiyasi və geoiqtisadi dinamikasını necə dəyişə biləcəyi müzakirə olunub.