Oktyabrın 6-da səfir Narek Mkrtçyan Kvins İnstitutunun Baş Strategiya Direktoru Corc Bib və Avrasiya Proqramının tədqiqatçıları ilə görüşüb. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Vaşinqton razılaşmalarından sonra Ermənistan-ABŞ münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan substantiv addımları, o cümlədən Cənubi Qafqazda regional əməkdaşlıq üçün yeni imkanları müzakirə ediblər.
Bu istiqamətdə beyin mərkəzlərinin cəlb olunması da vurğulanıb.